
65 il sonra Çempionşipə vəsiqə qazandılar
0
"Linkoln Siti" İngiltərə I Liqasının (səviyyəcə 3-cü) 42-ci turunda "Ridinq" üzərində 2:1 hesablı qələbə qazanaraq 65 ildən sonra ilk Çempionşipə vəsiqəni təmin edib.
Sportal.az xəbər verir ki, gərgin keçən qarşılaşmada qonaqlar 90-cı dəqiqədə qol buraxsalar da, tezliklə yenidən fərqlənərək qələbə qazanıblar.
Bu nəticə komandanı vaxtından əvvəl ikinci diviziona çıxarıb. Belə ki, "Linkoln Siti" mövsümün bitməsinə 5 tur qalmış 90 xal toplayıb və 3-cü pillədə yer alan "Bredford Siti"ni 19 xal qabaqlayır.
Komanda mövsüm ərzində rekord göstəriciyə imza ataraq 24 oyundan ibarət məğlubiyyətsiz seriya əldə edib. “Linkoln Siti” son yeddi ili I Liqada keçirib.



