
"Çelsi"nin veteran futbolçusu "Spartak"da oynaya bilərmiş
0
"Çelsi"nin keçmiş hücumçusu Co Koul vaxtı ilə "Spartak"a(Moskva) keçə bilərmiş.
Sportal.az xəbər verir ki, veteran futbolçu bunu “YouTube”da “Beast Mode On” podkastına verdiyi müsahibədə bildirib.
"Sizə bir hekayə danışım, bundan xəbərinizin olub-olmadığını isə bilmirəm. Atam illər sonra mənə bu haqda danışıb. Atama "O, "Spartak”a icarəyə getmək istərdimi?" sualını veriblər. Atam da onlara “xeyr, “Spartak”a icarəyə getməyəcək, sizin əsas komandanızda oynayacaq, narahat olmayın” deyib. Artıq müqavilə imzalandığı üçün mənə məlumat verməmək qərarına gəlmişdilər. Həmin il 50 oyun keçirdim".
Co Koul 2003-2010-cu illərdə “Çelsi”də çıxış edib. O, bu dövrdə 282 oyun keçirib, 39 qol vurub və 47 məhsuldar ötürmə edib.



