
Azərbaycan millisi Moldovanı məğlub etdi
0
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Türkiyədə Moldova yığmasına qarşı oynayıb.
Sportal.az xəbər verir ki, görüş Azərbaycan yığmasının 8:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Amma bu, komandalar arasında yeganə matç olmayacaq. Belə ki, Azərbaycan və Moldova komandalarının daha iki oyunu baş tutacaq.
Bu oyunlar aprelin 7-i və 8-də keçiriləcək.



