
Arbeloa "Real"ı yeni mövsümdən çalışdırmaya bilər
0
Alvaro Arbeloanın “Real”ın baş məşqçisi kimi gələcəyi şübhə altındadır.
Sportal.az “Diario AS”a istinadən xəbər verir ki, ispan məşqçi qarşıya qoyulan hədəfə çatmasa, mövsümün sonunda komandadan ayrıla bilər.
Belə ki, klub rəhbərliyi onun qarşısına Çempionlar Liqasını qazanmağı hədəf qoyub. O, bunu bacarmasa, rəhbərlik onunla yollarını ayıracaq. Arbeloa yanvarın 12-də Xabi Alonsonun istefasından sonra “Real”ın baş məşqçi postuna dəvət edilib.
Alvaro futbolçu kimi 2009-cu ildən 2016-cı ilə qədər “klra klubu”nun formasını geyinib. və bütün yarışlarda 238 oyun keçirib.



