
Azərbaycanlı futbolçu 90 dəqiqə oynadı, komandası heç-heçə etdi
0
Futbol üzrə Rusiya I Liqasında XXVII turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçu Sadıq Bagievin formasını geyindiyi "Torpedo" səfərdə "Ufa"nın qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Sadıq da bu gürüşün iştirakçısı olub. 22 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
Xallarını 34-ə yüksəldən "Torpedo" 18 komanda arasında turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.



