Azərbaycan Minifutbol Federasiyası əməkdaşlıq müqaviləsi imzaladı    - FOTOLAR

Azərbaycan Minifutbol Federasiyası əməkdaşlıq müqaviləsi imzaladı - FOTOLAR

 
0

Azərbaycan Minifutbol Federasiyası ilə Abşeron Ticarət Mərkəzi arasında yeni sponsorluq müqaviləsi imzalanıb. Müqavilə federasiyanın rəsmi nümayəndələri ilə ticarət mərkəzinin rəhbərliyi arasında keçirilən görüş çərçivəsində rəsmiləşdirilib.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov və Abşeron Ticarət Mərkəzinin kommersiya direktoru Faiq Mədətov iştirak ediblər. Tərəflər arasında imzalanmış razılaşmaya əsasən, bundan sonra Azərbaycan minifutbol milli komandasının rəsmi oyun formalarında Abşeron Ticarət Mərkəzinin adı yer alacaq.

Taleh Nəsibov çıxışında bildirib ki, yeni əməkdaşlıq milli komandanın inkişafına və idmanın geniş təbliğinə töhfə verəcək: “Biz bu əməkdaşlığı idmana dəstəyin və sosial məsuliyyətin nümunəsi kimi qiymətləndiririk. Abşeron Ticarət Mərkəzi ilə birgə fəaliyyətimiz həm federasiyamız, həm də milli komandamız üçün yeni imkanlar açacaq.”

Abşeron Ticarət Mərkəzinin kommersiya direktoru Faiq Mədətov isə öz növbəsində bildirib: “Minifutbolun ölkəmizdə sürətlə inkişaf etdiyini görmək çox sevindiricidir. Biz bu prosesin bir parçası olmaqdan məmnunuq və milli komandamıza gələcək yarışlarda uğurlar arzulayırıq.”

Tədbirin sonunda tərəflər qarşılıqlı əməkdaşlığın rəmzi olaraq bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

PaylaşPaylaş

Şərhlər yüklənir...