Türkiyədən Almaniyaya 25 milyon avroluq transfer

Türkiyədən Almaniyaya 25 milyon avroluq transfer

 
0

"Leypziq" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Göztepe"dən Romulonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Leypziq" braziliyalı forvard üçün İzmir klubuna 20+5 milyon avro təzminat ödəyəcək. 23 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Göztepe" Romulonu 2024-cü ilin yayında "Atletiko Paranaense"dən transfer etmişdi. "Sambaçı" ötən mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 33 rəsmi matçda 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.