
Premyer Liqaya yeni vəsiqə qazanan klubda baş məşqçisi ilə yollarını ayıra bilər
0
“İmişli”nin yeni təyin olunan baş məşqçisi Xorxe Kaskilyevin postundakı fəaliyəti uzun çəkməyə bilər.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandası üçün yaradılmış şəraitdən narazılıq edib.
Bu isə rəhbərliyin ürəyincə olmayıb. Məsələ burasındadır ki, artıq bölgə klubunun rəhbərliyi də Kaskilya ilə işbirliyinə o qədər də müsbət yanaşmır.
Məlumata görə, çempionatın birinci dövrəsində uğursuzluq olacağı təqdirdə, xarici məşqçi ilə yollar ayrılacaq.