
"Sevilya"dan "Napoli"yə
0
“Napoli” “Sevilya”nın müdafəçisi Xuanlunun keçidini həll etməyə yaxındır.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, Neapol təmsilçisi futbolçu ilə müqavilənin son mərhələsindədir.
İspan futbolçu İngiltərə Premyer Liqasının klublarının marağına baxmayaraq, "Napoli"yə keçməkdə qərarlıdır.
O, ötən mövsüm 35 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
22 yaşlı müdafiəçinin “Sevilya” ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədər idi. Xuanli “Mirandes”də də icarə əsasında çıxış edib.