"Sumqayıt"da növbəti ayrılıq

"Sumqayıt"da növbəti ayrılıq

 
0

“Sumqayıt” futbolçusu Uğur Cahangirov ilə yollaını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqa təmsilçisi ilə yarımmüdafiəçi arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub futbolçuya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Sumqayıt” bunadək Vaqif Cavadov (baş məşqçi), Vüqar Mustafayev (karyerasını başa vurub), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov, Bobir Abdixolikov və Silvanus Nimeli ilə vidalaşıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.