
"Qarabağ" İsveçdə qələbə qazandı
0
"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası "Gothia Puma Trophy"də ikinci görüşünü keçirib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi İsveçdə təşkil olunan turnirdə "Myallbü” ilə üz-üzə gəlib.
"Qarabağ" bu görüşdə 2:1 qalib gəlib. Azərbaycan klubunun hər iki qoluna Əli Əliyev imza atıb.