"Neftçi" onun gedişini açıqladı    - RƏSMİ

"Neftçi" onun gedişini açıqladı - RƏSMİ

 
0

“Neftçi” klubu futbolçusu İsmayıl Zülfüqarlı ilə yollarını ayırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın yetirməsi olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, əsas komandada 2019/2020 mövsümündə debüt etmiş Zülfüqarlı “Neftçi”də 67 rəsmi oyun keçirib, 4 qol vurub.

O, klubun heyətində avrokubokarda qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb. Xatırladaq ki, Zülfüqarlının “Neftçi”dən getdiyi xəbərini ilk olaraq İdmanxeber.az saytı yazmışdı.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.