
Millimizin üzvü "Fənərbaxça"da - RƏSMİ
0
Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Peritan Bozdağ “Fənərbaxça”ya transfer olunub.
Sportal.az xəbər verir ki, İstanbul klubunun rəsmi saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi “Fənərbaxça” ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Türkiyə əsilli yarımmüdafiəçinin son klubu "Fatih Vatan" klubu olub.