
Premyer Liqaya yeni vəsiqə qazanan klub "Zirə"nin futbolçusu ilə maraqlanır
0
Premyer Liqaya vəsiqə qazanan “İmişli” “Zirə”nin futbolçusu Fuad Bayramova “elçi” düşüb.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi sol cinah müdafiəçisi üçün hərəkətə keçib.
Klub 27 yaşlı futbolçunun transferini həll etmək niyyətindədir. “Zirə”nin isə Bayramovu buraxıb-buraxmayacağı dəqiq deyil.
2024-cü il iyulun 1-dən “Zirə”də oynayır. Sol cinah müdafiəçisinin qəsəbə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.