Virtz "Liverpul"la razılaşdı -    illik 22 milyon avroya

Virtz "Liverpul"la razılaşdı - illik 22 milyon avroya

 
0

Florian Virtz Almaniyanın ən çox qazanan futbolçularından biri olacaq.

Sportal.az xəbər verir ki, "Bild"in məlumatına görə, yarımmüdafiəçi artıq “Liverpul” ilə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə şərtlərini razılaşdırıb. Futbolçu ildə 22 milyon avroya qədər maaş alacaq.

“Bayer” ilə “Liverpul” arasında danışıqlar davam edir və son mərhələyə yaxınlaşır. Premyer Liqa klubu 130 milyon avro (bonuslarla birlikdə) təklif edib, Leverkuzen təmsilçisi isə 150 milyon avro tələb edir. Razılaşmanın əldə olunacağına inam var.

Virtzin gələn həftənin əvvəlində İngiltərədə tibbi müayinədən keçəcəyi gözlənilir.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.