
"Fənərbaxça" məşhur hücumçu üçün hərəkətə keçdi
0
"Bayer"in hücumçusu Viktor Bonifeys karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbəər verir ki, "Fənərbaxça" nigeriyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Bayer" satışa çıxardığı Bonifeys üçün 40 milyon avro tələb edir. Almaniya klubundan ayrılıb "Fənərbaxça"nın idman direktoru vəzifəsinə təyin olunan Devin Özek bu keçidin reallaşması üçün səy göstərir.
Qeyd edək ki,"Bayer" Viktor Bonifeysi 2023-cü ilin yayında "Union Sen Jilluaz"dan transfer edib. 24 yaşlı forvard başa çatan mövsümdə Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.