"Neftçi" yeni transferini açıqladı

"Neftçi" yeni transferini açıqladı

 
0

"Neftçi” yeni mövsüm üçün ilk futbolçu transferini rəsmən açıqlayıb.

Sportal.az xəbər verir ki, Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D`Almeyda "ağ-qaralar"a keçib. 29 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, tam adı Sessi Oktave Emile d'Almeida olan yarımmüdafiəçi Bordoda dünyaya gəlib. Futbolda ilk addımlarını da şəhərin eyni adlı komandasında atıb. “Bordo”nun əsas heyətində 3 matça çıxan d'Almeyda 2015-ci ildə PSJ-yə transfer olunsa da, burada möhkəmlənə bilməyib.

Daha sonra “Barnsli”, “Blekpul”, “Yeovil” (hamısı İngiltərə), “Valensienn” (Fransa), “Tondela” (Portuqaliya), “Pau FC” (Fransa) kimi komandalarda çıxış edib. 29 yaşlı futbolçunun son klubu “Apollon Limassol” olub.

Həm Fransa, həm də Benin pasportuna malik olan futbolçu 2015-ci ildən Afrika təmsilçisinin yığmasında çıxış edir. O, Benin millisində 34 matçda 1 qol vurub.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.