
İlham Əliyev dünya çempionu olan minifutbol yığmamızı qəbul etdi
0
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
Sportal.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Oyun Azərbaycan yığmasının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.