
"Arsenal" Sterlinqlə bağlı qərar verdi
0
"Arsenal" "Çelsi" dən icarəyə götürdüyü Rahim Sterlinqlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, "topçular" İngiltərə millisinin sabiq üzvünü transfer hüququna yiələnməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı vinger müqavilə ilə məxsus olduğu "Çelsi"yə qayıdacaq.
Qeyd edək ki, Rahim Sterlinq "Arsenal"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.