
"Zirə"dən "Qarabağ"a qayıtdı - RƏSMİ
0
“Zirə” Rüstəm Əhmədzadəylə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Qarabağ”dan icarəyə götürülmüş futbolçuyla müqavilə uzadılmayıb. “Zirə” Rüstəm Əhmədzadəyə göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Rüstəm Əhmədzadə başa çatan mövsümdə "Zirə"nin heyətində meydana çıxdığı 34 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.