
"Zirə"nin futbolçusunun qolu ən yaxşı seçildi
0
Misli Premyer Liqasında, I Liqada və II Liqada mart ayının ən yaxşı qollarının müəllifləri məlum olub.
Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Qaliblər münsiflər heyətinin səsverməsi nəticəsində müəyyənləşib.
Misli Premyer Liqasında ötən ayın ən yaxşı qolunun müəllifi "Zirə"dən Eren Aydın olub. 11 münsifdən 8-i məhz 23 yaşlı hücumçuya səs verib.
I Liqada "Şəfa"dan Tərlan Quliyevin, II Liqada isə "Qaradağ Lökbatan"dan Emil Quluzadənin qolu fərqləndirilib.



