Argentina millisinin üzvü "Real"a keçəcək

Argentina millisinin üzvü "Real"a keçəcək

 
0

İspaniyanın "Real" klubu növbəti mövsüm üçün ilk transferini həyata keçirib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi "Komo"da çıxış edən Niki Pasın keçidini artıq indidən həll edib. Bu barədə "El Chiringuito" məlumat yayıb.

"Real" argentinalı futbolçu üçün 9 milyon avroluq geri satınalma bəndini işə salıb. 21 yaşlı hücumaameyilli yarımmüdafiəçi yeni mövsümün hazırlıq prosesi başlayanda "kral klubu"nun düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, "Komo" Niko pası 2024-cü ilin yayında 6 milyon avro qarşılığında məhz "Real"dan transfer edib. Argentina millisinin üzvü cari mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...