"Zaqatala"dan "Şimal"a 4 cavabsız qol

"Zaqatala"dan "Şimal"a 4 cavabsız qol

 
0

Futbol üzrə Azərbaycan I Liqasında IX turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Şimal" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Zaqatala"nı qəbul edib. Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 16-ya yüksəldən "Zaqatala" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 2 xalı olan "Şimal" isə sonuncu yerdədir.

"Şimal" - "Zaqatala" 0:4

Qollar: C.Kərimov, 7, 38, R.İsmayılov, 56, M.Lumbu Preddi, 72

PaylaşPaylaş

Şərhlər yüklənir...