"Yuventus"dan Spaletti qərarı

"Yuventus"dan Spaletti qərarı

 
0

"Yuventus" mövsümün sonunda müqaviləsi başa çatan Luçano Spaletti ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi italiyalı mütəxəssisin sözləşməsinin müddətini uzadacaq. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Artıq 61 yaşlı mütəxəssislə razılıq əldə olunub. Yaxın günlərdə onunla 1+1 illik yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, Luçano Spaletti 2025-ci ilin 30 oktyabr tarixində "Yuventus"un baş məşqçisi vəzifəsinə təyin olunub. Turin təmsilçisi A Seriyasında 29 turdan sonra 53 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...