
Konte "Arsenal"ın müdafiəçisini "Napoli"yə gətirmək istəyir
"Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiori İtaliya A Seriyasına qayıda bilər.
Sportal.az xəbər verir ki, futbolçuya “Napoli” maraq göstərir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Neapol klubunun baş məşqçisi Antonio Konte artıq yay transfer dövrü üçün heyətin gücləndirilməsini aktiv şəkildə planlaşdırır. İtaliyalı mütəxəssis həmyerlisini müdafiə xətti üçün vacib fiqur kimi görür.
Futbolçunun ətrafındakı vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır. “Arsenal”ın hələlik onu satmaq istəyi göstərmir. Lakin eyni zamanda Kalafioriyə daha çox oyun vaxtı zəmanəti verməyə də hazır deyil. Halbuki, məhz bu məsələ 23 yaşlı müdafiəçinin əsas tələblərindən biridir.
Qeyd edək ki, "Arsenal" Rikkardo Kalafiorini 2024-cü ilin yayında "Bolonya"dan 43 milyon avroya transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Premyer Liqanın liderinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.



