Yeni transfer sıradan çıxdı -    1 ay oynamayacaq

Yeni transfer sıradan çıxdı - 1 ay oynamayacaq

 
0

İspaniyanın "Atletiko" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Aleks Baena sıradan çıxıb.

İspaniyalı vinger apendisitdən öəməliyyat olunub. 24 yaşlı ön xətt oyunçusu təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Atletiko" Aleks Baenanı mövsümün əvvəlində "Vilyarreal"dən 42 milyon avroya transfer edib. İspaniya millisinin üzvü yeni komandasının heyətində La Liqada 1 matçda meydana  çıxıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...