"Xocalı" FK 5 yaşını qeyd etdi -    FOTO

"Xocalı" FK 5 yaşını qeyd etdi - FOTO

 
0

“Xocalı” Futbol klubunun 5 yaşı tamam olub.

Sportal.az xəbər verir ki, klubun 5 yaşını komanda üzvləri və rəhbərliyi qeyd edib.

Tədbir Xırdalanda “The Roof” restoranında baş tutub. Mərasimə komandanın futbolçuları, valideynlər və media nümayəndələri qatılıb.

Klubun rəhbəri İlkin Hacıyev çıxış edərək 5 il ərzində keçdikləri yoldan danışıb. O, qarşılarına daha böyük məqsədlər qoyduğunu bildirib.

Qeyd edək ki, “Xocalı” Futbol Klubu 2019-cu ildə yaradılıb. Həmin dövrdən fəaliyyət göstərən komandanın bir çox üzvləri hazırda Premyer Liqada çıxış edən klubların akademiyalarında top qovur.

PaylaşPaylaş

Şərhlər yüklənir...