
Xabi Alonso ilə Vinisius arasında gərginlik
0
"Real"ın baş məşqçisi Xabi AAlonso ilə Vinisius Junior arasında münasibətlər korlanıb.
Sportal.az xəbər verir ki, braziliyalı vinger La Liqanın 10-cu turunun "Barselona" ilə matçının 72-ci dəqiqəsində əvəzlənməsinə sərt reaksiya verib. O, baş məşqçi ilə görüşmədən birbaşa paltardəyişmə otağına yollanıb.
İspaniya mətbuatının yazdığına görə, ulduz futbolçu baş məşqçiyə "bu komandadan bezmişəm, getmək istəyirəm" deyib. Alonsonun 25 yaşlı oyunçuya "necə istəyirsən" cavabını verib.
Klub rəhbərliyi Braziliya millisinin üzvünü satışa çıxarmağı planlaşdırır.
Qeyd edək ki, Vinisius Junior bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.



