
Vieyra A Seriyası klubunun baş məşqçisi təyin olundu - RƏSMİ
0
İtaliyanın "Cenoa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Patrik Vieyra çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı məşqçi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Patrik Vieyranın son iş yeri Fransada "Strasburq" olub. 48 yaşlı mütəxəssis "Cenoa"nın baş məşqçisi postunda Alberto Cilardinonu əvəz edib.



