
Uruqvaylı yarımmüdafiəçi sıradan çıxdı - transferə ehtiyac var
0
İngiltərənin "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Rodriqo Bentankur sıradan çıxıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Uruqvaylı yarımmüdafiəçi yaxın günlərdə əməliyyat olunacaq. 28 yaşlı futbolçu təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
London klubu Bentankurun yoxluğunu doldurmaq üçün yanvar ayında yeni yarımmüdafiəçi transfer edəcək.
Qeyd edək ki, Rodriqo Bentankur bu mövsüm "Tottenhem"in heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.



