
Türkiyəli şərhçi Ertem Şener: "Qurban Qurbanov "Real", "Barselona"ya layiq məşqçidir"
0
Türkiyəli futbol şərhçisi Ertem Şener sosial şəbəkə hesabında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov barəsində danışıb.
Sportal.az xəbər verir ki, tanınmış şərhçi azərbaycanlı mütəxəssisin Avropada öndə gedən klublarda çalışmağa layiq olduğunu deyib.
"Qurban Qurbanov "Real", "Barselona", "Mançester Siti" və ya "Bavariya" kimi Avropa nəhənglərinə layiq bir baş məşqçidir. O, çox ağıllıdır. Qurban Qurbanovla görüşəcəm, şəkil çəkdirəcəm".



