
Türkiyəli müdafiəçi üçün 50 milyon avro tələb edəcəklər
0
"Brayton"un müdafiəçisi Ferdi Kadıoğlu Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" türkiyəli futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Qırmızı şeytanlar" Ferdi üçün mövsümün sonunda təklif göndərməyi planlaşdırır. Klubu 26 yaşlı sol cinah müdafiəçisi üçün 50 milyon avro tələb edəcək.
Qeyd edək ki, "Brayton" Ferdi Kadıoğlunu 2024-cü ilin yayında "Fənərbaxça"dan 30 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "qağayılar"ın heyətində 35 rəsmi matçda meydana çıxıb.



