"Dünya çempionatına getməliyik, çünki bu, bizim üçün prinsip məsələsidir"

"Dünya çempionatına getməliyik, çünki bu, bizim üçün prinsip məsələsidir"

 
0

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo qarşıdan gələn DÇ-2026-nın seçmə mərhələsinin pley-off oyununda öncə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis mütləq dünya çempionatında iştirak etməli olduqlarını deyib:

“Bütün məsələ İtaliyadan asılıdır. Əgər diqqətli və tam köklənmiş olduğumuzu göstərsək, qalan hər şey bunun nəticəsi olacaq. Biz heç kimdən heç nə istəyə bilmərik, taleyimizi özümüz müəyyən edirik. Sakit qalmalı və qarşımızda damarlarında qaynayan qan olan futbolçuların oynadığını anlamalıyıq. İnsanlar deyir ki, bizim kimliyimiz yoxdur, qoy desinlər. Hazır olduğumuzu sübut etməliyik. Artıq asan oyunlar yoxdur. Məsuliyyət azarkeşlərin üzərində deyil. Onlar iki böyük məyusluq yaşayıblar. İndi keçmiş haqqında danışmaq vaxtı deyil. Dünya çempionatına getməliyik, çünki bu, bizim üçün prinsip məsələsidir".

Qeyd edək ki, İtaliya yığmasınnı Şimali İrlaandiya ilə keçirəcəyi oyun bu gücə Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Qalib komanda Uels - Bosniya və Herseqovina cütündə üstün olan tərəflə finalda üz-üzə gələcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...