
CAS Seneqal millisinin şikayətinə baxacaq
İdman Arbitraj Məhkəməsi (CAS) təsdiqləyib ki, Seneqal millisi Afrika Kubokundakı qərarla bağlı apellyasiya şikayəti verib.
Sportal.az xəbər verir ki, daha əvvəl CAF Mərakeş millisinin müraciətini qəbul etmiş və finalda Seneqal yığmasına 0:3 hesablı texniki məğlubiyyət vermişdi. Səbəb komandanın 98-ci dəqiqədə Brahim Díaz-a qarşı təyin olunan penalti epizodundan sonra meydanı tərk etməsi olub.
25 mart 2026-cı ildə CAS-da qeydiyyata alınan apellyasiya qərarın ləğv edilməsinə və Seneqalın Afrika çempionu elan olunmasına yönəlib.
Federasiya həmçinin CAF qərarının tam əsaslandırılması təqdim olunana qədər apellyasiya müddətinin dayandırılmasını istəyib. İşə baxılması üçün CAS arbitraj heyəti təyin ediləcək və proses üçün xüsusi qrafik hazırlanacaq.
CAS-ın baş direktoru Matthieu Reeb bildirib: “Bu cür mübahisələrin həlli üçün bütün resurslarımız var. Tərəflərin ədalətli dinlənilmə hüququnu qoruyaraq, prosesi mümkün qədər tez aparacağıq.”



