
Millimiz seçmə mərhələnin ilk matçında məğlub oldu
0
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində bu gün ilk oyununa çıxıb.
Sportal.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan millimiz Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşıb.
“Raudondvario” stadionunda keçirilən matç millimizin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.



