
"Turan Tovuz" "Səbail" səfərində - YENİLƏNİR
0
Misli Premyer Liqasında 29-cu tura start verilir.
Sportal.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Autsayder "Səbail" öz meydanında avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Turan Tovuz"u qəbul edəcək. Matç saat 17:00-da start götürəcək.
Turun digər görüşləri 6-7 aprel tarixlərində keçiriləcək.
Misli Premyer Liqası
5 aprel (şənbə)
“Səbail” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“ASCO Arena”, 17:00



