
Tudorlu "Tottenhem" ilk xalını "Liverpul"la matçda aldı
0
"Tottenhem" İqor Tudor rəhbərliyi altında ilk dəfə xal qazanıb.
Sportal.az xəbər verir ki, bu gün Premyer Liqanın 30-cu turu çərçivəsində “Tottenhem" "Liverpul" ilə oyunda 1:1 hesablı heç-heçə edib. Riçarlison 90-cı dəqiqədə hesabı bərabərləşdirib.
Qeyd edək ki, Tudor təyin olunduqdan sonra "Tottenhem" əvvəlki 4 oyunu məğlubiyyətlə bitirmişdi və ümumi hesab 5:14 olmuşdu. Beləliklə, komandanın ardıcıl məğlubiyyət seriyası 6 oyuna çatdı və bu, klub üçün antirekord hesab olunur.



