"Bavariya"da qapıçı problemi -    ÇL matçına 16 yaşlı qolkiper çıxa bilər

"Bavariya"da qapıçı problemi - ÇL matçına 16 yaşlı qolkiper çıxa bilər

 
0

"Bavariya"nın “Atalanta” ilə cavab oyununda 16 yaşlı qapıçı Leonard Preskott meydana çıxa bilər.

Sportal.az xəbər verir ki, 26-cı turda Bundesliqanın oyunu çərçivəsində "Bayer"ə qarşı (1:1) oynayan Sven Ulreix zədələnib. 37 yaşlı qapıçının bud adduktor əzələsi yırtılıb.

Daha əvvəl isə Jonas Urbig baş sarsıntısı almışdı. Manuel Noyerin baldır əzələsində, Leon Klanaçın isə budunda zədəsi var. Beləliklə, hazırda "Bavariya"nın 4 qapıçısı zədəlidir.

Əgər Urbig cavab oyununa qədər bərpa ola bilməsə, 16 yaşlı Leonard Preskott Münhen komandasının qapısında oynayacaq. Qeyd olunur ki, “Bavariya"nın məşqçi heyəti gənc qapıçının bacarıqlarına inamlıdır və onu 19 yaşlı Yannis Bartldan üstün tutur.

Xatırladaq ki, “Atalanta” ilə ilk oyunda Münhen komandası 6:1 hesabı ilə qələbə qazanmışdı. Cavab oyunu isə 18 mart tarixində keçiriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...