II Liqa matçının yeri dəyişdirildi -    Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq

II Liqa matçının yeri dəyişdirildi - Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq

 
0

Əlverişsiz hava şəraiti səbəbindən “Ağstafa Gəncləri” komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.

Sportal.az xəbər verir ki, bununla əlaqədar olaraq II Liqanın 18-ci turu çərçivəsində 16 mart tarixində keçiriləcək “Ağstafa Gəncləri” – “Şirvan” oyununun yeri dəyişdirilib. Hər iki klubla müzakirənin yekunu olaraq Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib.

Oyunun başlanma saatında və digər detallar ilə bağlı dəyişiklik yoxdur. Belə ki, matç sabah saat 15:00-da start götürəcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...