
Millinin sabiq müdafiəçisi baş məşqçi kimi çalışacaq
0
İngiltərə millisinin sabiq müdafiəçisi Eşli Koul baş məşqçi kimi ilk dəfə debüt edəcək.
Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, ingilis məşqçi İtaliya B seriyasında mübarizə aparan "Çezena" ilə anlaşıb.
45 yaşlı mütəxəssis Li Karslinin rəhbərlik etdiyi İngiltərənin U-21 yığmasının məşqçilər heyətindən ayrılacaq.
"Çezena" turnir cədvəlində 8-ci pilləsində qərarlaşıb. Koul əvvəllər "Everton"da Frenk Lemparda, "Birmingem"də Ueyn Runiyə kömək edib.



