"Traktor" İsmail Kartalın komandasına məğlub oldu

"Traktor" İsmail Kartalın komandasına məğlub oldu

 
0

Futbol üzrə İran çempionatında 17-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Təbrizin "Traktor" klubu səfərdə əzəli rəqibi olan "Persepolis"in qonağı olub. Qarşılaşma Tehran təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu məğlubiyyətdən sonra "Traktor" liderliyi əldən verib. Aktivində 35 xal olan komanda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Persepolis"i türkiyəli mütəxəssis İsmail Kartal çalışdırır.

PaylaşPaylaş

Şərhlər yüklənir...