"Sumqayıt"ın futbolçusu Fil Dişi Sahili millisinə qarşı oynadı

"Sumqayıt"ın futbolçusu Fil Dişi Sahili millisinə qarşı oynadı

 
0

DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Sumqayıt"ın yarımmüdafiəçisi Tresor Mossinin formasını geyindiyi Burundi millisi doğma meydanda Fil Dişi Sahilini qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Mossi bu görüşün iştirakçısı olub. 23 yaşlı dayaq yarımmüdafiəçisi 86-cı dəqiqədə meydana buraxılıb.

5 turdan sonra 7 xalı olan Burundi yığması qrupda 3-cü pillədə qərarlaşıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...