"Şamaxı"nın daha bir futbolçusu Avropa klublarının maraq dairəsində -    U-21 millimizin üzvünə Almaniyadan təklif var

"Şamaxı"nın daha bir futbolçusu Avropa klublarının maraq dairəsində - U-21 millimizin üzvünə Almaniyadan təklif var

 
0

"Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov karyerasını Avropada davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, uğurlu mövsüm keçirən 20 yaşlı futbolçuya bir neçə klubdan ciddi təklif var. Təkliflərdən biri Almaniya II Bundesliqasında mübarizə aparan klubdandır.

Qeyd edək ki, Rüfət Abbasov mövsümün əvvəlindən "Şamaxı"dan çıxış edir. Azərbaycanın U-21 millisinin üzvü olan gənc sol cinah müdafiəçisi Premyer Liqada meydana çıxdığı 27 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bölgə klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

PaylaşPaylaş

Şərhlər yüklənir...