"Şamaxı"dan ayrılan hücumçu Rusiya klubu ilə müqavilə imzaladı -    RƏSMİ

"Şamaxı"dan ayrılan hücumçu Rusiya klubu ilə müqavilə imzaladı - RƏSMİ

 
0

"Şamaxı"nın hücumçusu Belaydi Pusi karyerasını Rusiyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, albaniyalı forvard "Fakel"ə keçib. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Belaydi Pusi mövsümün əvvəlindən "Şamaxı"da çıxış edirdi. Təcrübəli hücumçu bölgə klubunun heyətində meydana çıxdığı 22 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...