"Şamaxı"da itki -    kapitan zədələndi

"Şamaxı"da itki - kapitan zədələndi

 
0

"Şamaxı"nın heyətində ciddi itki baş verib.

Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisinin kapitanı Arsen Ağcabəyov sıradan çıxıb.

25 yaşlı mərkəz müdafiəçisinin adı ötən gün ölkə kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la cavab oyunun iştirak ərizəsinə daxil edilməyib. Azərbaycanın U-21 millisinin sabiq üzvü bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Arsen Ağcabəyov 2024-cü ilin yayından "Şamaxı"da çıxış edir. Futbolçu bu mövsüm komandanın heyətində meydana 23 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...