"Şamaxı" - "Səbail" matçı qara görə gec başlayacaq

"Şamaxı" - "Səbail" matçı qara görə gec başlayacaq

 
0

"Şamaxı" Misli Premyer Liqasının 17-ci turunda doğma meydanda "Səbail"i qəbul edir.

Sportal.az saytının Şamaxıda olan əməkdaşının məlumatına görə, matç 20 dəqiqə gec başlayacaq. Buna səbəb meydanın qar örtüyünün təmizlənməsidir.

Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi 14:00-da yox, 14:20-də start götürəcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...