"Sabah" "Zirə" ilə matça ciddi itki ilə çıxacaq

"Sabah" "Zirə" ilə matça ciddi itki ilə çıxacaq

 
0

"Sabah" Misli Premyer Liqasının 8-ci turunun "Zirə" ilə matçına ciddi itki ilə çıxacaq.

Sportal.az saytına verilən məlumata görə, Coy-Lens Mikels komandaya kömək edə bilməyəcək.

7-ci turun "Karvan-Yevlax"la matçında (2:0) zədələnən almaniyalı vingerin zədəsinin ciddi olmadığı açıqlanmışdı. Lakin 31 yaşlı futbolçu hələ kollektivlə birlikdə məşq etmir.

Qeyd edək ki, Coy-Lens Mikels bu mövsüm "Sabah"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...