"Sabah" "Qarabağ"la matça itkilərlə çıxacaq

"Sabah" "Qarabağ"la matça itkilərlə çıxacaq

 
0

“Sabah” Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ”a qarşı ilk oyunu üçün hazırlıqlarını davam etdirir.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi aprelin 3-də keçiriləcək matça itkilərlə çıxacaq. “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas cəzalı İqor Noqeyra və ötən ildən bəri zədəli olan Pavol Şafrankonun xidmətindən istifadə edə bilməyəcək.

Slovakiyalının bu ay məşqlərə qayıdacağı və ən yaxşı halda may ayında mövsümün son oyunlarında komandaya kömək edə biləcəyi gözlənilir.

PaylaşPaylaş

Şərhlər yüklənir...