"Rusiyada oynamağım Braziliya millisinə düşməyimə kömək oldu"

"Rusiyada oynamağım Braziliya millisinə düşməyimə kömək oldu"

 
0

“Zenit”in hücumçusu Luis Enrike Rusiya Premyer Liqasında oynamaqla bağlı təəssüratlarını bölüşüb.

Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan braziliyalı forvard yığma komandaya dəvət edilməsinə münasibət bildirib:

"Bu, çətin liqadır. Çoxları bunun belə olmadığını düşünür, amma əslində çox çətin, fiziki cəhətdən çox tələbkar çempionatdır. Buradakı oyunçular təcrübəlidirlər; onlar pressinq edərkən sizə daha yaxından izləyir və bu, mənim daha güclü olmağıma, Braziliya milli komandasına düşməyimə kömək oldu. Buradakı şərait ümumilikdə fərqlidir. Braziliyadan gələn insanlar soyuğa öyrəşməyiblər, ona görə də matça 100 faiz hazır olmaq üçün çox yaxşı isinmək lazımdır”.

Enrike 2025-ci ildə "Botafoqo"dan “Zenit”ə keçib.

PaylaşPaylaş

Şərhlər yüklənir...