
Azərbaycan millisinin müdafiəçisi: "Bu nəticə ilə onları sevindirdik"
Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədov “FIFA series-2026” beynəlxalq turnirinin finalında Sierra Leona yığması üzərində qazandığı qələbəni (1-1, penaltilərdə 9-8) şərh edib.
Sportal.az saytına açıqlama verən millimizin oyundakı yeganə qolunun müəllifi görüş barədə bunları deyib:
“Bu turnirdə iki dəfə qalib gəldiyimiz və turniri qazandığımız üçün xoşbəxtik. Bizi dəstəkləmək üçün stadiona gələn azarkeşlərə minnətdarıq. Düşünürəm ki, bu nəticə ilə onları sevindirdik. Sierra-Leaon yığması ilə oynamaq qeyri-adi idi. Axı, bu, Afrika komandasına qarşı ilk oyunumuz oldu. Onlar fiziki cəhətdən güclü idilər. Düşünürəm ki, bu oyunu və bütövlükdə turnirdə qazandığımız təcrübəni gələcək inkişafımıza özümüzlə götürəcəyik”.



